ER tech komandası olaraq 2018 ci ildən etibarən fəaliyyət göstərir, veb texnologiyaları və vizual kommunikasiya sahəsində peşəkar xidmətlər təqdim edirik. Biz fərdi və korporativ müştərilər üçün funksional, yaradıcı və ehtiyaca uyğun veb saytlar hazırlamaqla yanaşı, mətbəə və poliqrafiya həlləri ilə də brendin tanıtım gücünü dəstəkləyirik.
Texnologiya, dizayn və çap sahələrindəki təcrübəmiz bizə müştəri ehtiyaclarını düzgün başa düşməyə və onlar üçün davamlı həllər yaratmağa imkan verir. Hər layihəyə fərdi yanaşır, sadə, aydın və məqsədyönlü proseslərlə yüksək nəticə əldə etməyə çalışırıq.
Fəaliyyətimizin mərkəzində: Keyfiyyət, etibar və uzunmüddətli əməkdaşlıq dayanır.
ER tech olaraq hər layihəyə yaradıcı yanaşır, sadə və başa düşülən proseslərlə işləyirik. Müştərilərimiz üçün texniki çətinlikləri aradan qaldırır, büdcəyə uyğun və nəticəyə fokuslanan həllər təqdim edirik. Qarşılıqlı etimad və davamlı dəstək bizim əsas iş prinsipimizdir.